Media İraq PUA-nın Suriyadakı ABŞ hərbi bazasına zərbələr endirdiyini bildirib

İraq qruplaşmalarının pilotsuz uçuş aparatları (PUA) Suriyanın Əl-Tanf bölgəsindəki ABŞ hərbi bazasına hücum edib.

Bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.

Ehtimallara görə, hücum iki kamikadze dron tərəfindən həyata keçirilib. Hücuma görə məsuliyyəti İraq İslami Müqaviməti öz üzərinə götürüb.

Mövsüm

Aznews.az