Standart: Fiko ona yeni sui-qəsd cəhdindən danışıb

İctimai tədbirdə Slovakiyanın baş naziri Robert Fikonun həyatına növbəti qəsd olub.

Fiko bu barədə Standard xəbər portalına müsahibəsində danışıb.

O bildirib ki, hadisə yerinə daxil olmaq istəyən, əlində dolu tapança olan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Slovakiyanın baş naziri izah edib ki, hadisə Qırmızı Ordunun Karpat-Dukla hücum əməliyyatının 80 illiyinə həsr olunmuş tədbirə birbaşa hazırlıq zamanı baş verib.

Mövsüm

Aznews.az