Pekində bıçaqlı hücum nəticəsində 5 nəfər yaralanıb

Pekində bıçaqlı hücum nəticəsində üçü azyaşlı olmaqla 5 nəfər yaralanıb.

Bu barədə Çin polisinin məlumatlarına istinadən Sinxua agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə oktyabrın 28-nə keçən gecə Çinin paytaxtı Haydiyan bölgəsində baş verib. Hücum edən ətrafdakıları yaralayıb, polis isə onu saxlayıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, həyati təhlükəsi olan yoxdur.

Hücumla bağlı istintaq davam edir.

Mövsüm

Aznews.az