- Dünyanın halı
- 29 Oktyabr 20:14
- 1 611
Almaniya İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
Almaniya Xarici İşlər Nazirliyi Almaniyanın İrandakı səfiri Markus Potzeli məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə departamentin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Buna səbəb kimi, İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarmaxdın terrorçuluqda ittiham olunaraq İranda edam edilməsi olub.
“Tehrandakı səfirimiz bu gün İranın xarici işlər nazirinə demarş edib və Cəmşid Şarmaxdın qətli ilə bağlı ən kəskin etirazını bildirib. Almaniyanın xarici işlər naziri Annalena Burbok Almaniyanın Berlindəki səfirini məsləhətləşmələr üçün geri çağırıb”, - məlumatda deyilir.
Mövsüm
AzNews.az