- Dünyanın halı
- 30 Oktyabr 18:26
- 1 342
Fransada AK-nin rəhbəri ölkəni Rusiya ilə müharibəyə sürükləmək istəməkdə ittiham edilib
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-nin maraqları naminə Fransanı Rusiya ilə müharibəyə sürükləmək istəyir.
“Von der Leyen “NATO ilə əməkdaşlığı genişləndirmək” qərarına gəlib. O, NATO-nun yeni baş katibi Mark Rutte ilə görüşüb və “əməkdaşlıqlarını intensivləşdirməyə razı olduqlarını” açıqlayıb. Bizi Rusiyaya qarşı müharibəyə sürükləmək və Amerika dərin dövlətinə tabe olmaq üçün!” - o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Filippo AK rəhbərinin hansı haqla belə qərarlar qəbul etməsi ilə maraqlanıb və onun Avropaya Rusiyadan gələn təhlükə ilə bağlı arqumentini tənqid edib.
Mövsüm
AzNews.az