- Dünyanın halı
- 30 Oktyabr 19:39
- 1 369
Hizbullahın yeni baş katibi İsrail üzərində qələbə vəd edir
İslam Müqaviməti itkilərə baxmayaraq, İsrail üzərində qələbə çalacaq.
Livanın şiə Hizbullah qruplaşmasının yeni baş katibi Nəim Qasım bu barədə seçildikdən sonra ilk çıxışında bildirib.
“Bizi qarşıda çoxlu qurbanlar gözləyir, lakin biz əminik ki, qələbə bizim olacaq. Biz planlaşdırılmış inkişafın bir hissəsi kimi döyüş yolunda qalacağıq. Müqavimətimiz torpağı azad etmək, işğala və onun ekspansionist niyyətlərinə müqavimət göstərmək üçün mövcuddur”, – Qasım deyib.
Hizbullahın yeni baş katibi ona göstərilən etimada görə hərəkata təşəkkür edib və bu vəzifədə sələfi Həsən Nəsrullahın proqramını davam etdirəcəyini vurğulayıb.
Mövsüm
AzNews.az