- Dünyanın halı
- 1 Noyabr 22:37
- 2 155
2024-cü ildə 60-dan çox jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb
2024-cü ildə 60-dan çox media işçisi vəzifə borcunu yerinə yetirərkən həlak olub, xüsusilə də fələstinli jurnalistlər arasında çoxlu itki var.
Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün verdiyi bəyanatda deyilir.
Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son qoyulan Beynəlxalq gün münasibəti ilə Türk cari və əvvəlki illərin statistik məlumatlarına istinad edib.
“2023-cü ildə 71 jurnalist və media işçisi öldürülüb, 300-dən çoxu həbs edilib. Qadın jurnalistlər tez-tez fiziki zorakılığa çevrilə bilən onlayn təcavüzün hədəfinə çevrilirlər. Artıq bu il 61 jurnalist vəzifə borcunu yerinə yetirərkən – çox vaxt münaqişələr, iqlim dəyişikliyi və ya digər böhranları işıqlandırarkən həlak olub”, mətndə deyilir.
Mövsüm
Aznews.az