SEPAH generalı Süleymani İsraili ölümcül zərbə ilə hədələyib

İran gizli imkanlarından istifadə edərək İsrailə “ölümcül” zərbə ilə cavab verəcək.

Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbiləşdirilmiş Bəsic milislərinin komandiri, general-mayor Qulamrza Süleymani deyib.

"İran xalqı hələ də sionist düşmənə qarşı öz imkanlarından istifadə etməyib", - Süleymani qeyd edib.

Süleymani əlavə edib ki, İran xalqı öz rəqibləri ilə qarşılaşmaq üçün böyük potensiala malikdir.

Mövsüm

Aznews.az