İndoneziyada vulkan püskürməsi nəticəsində 6 nəfər ölüb

İndoneziyada vulkan püskürməsi nəticəsində azı 6 nəfər ölüb.

Reuters bu barədə məlumat yayıb.

Levotobi-Laki-Laki vulkanı gecə saatlarında püskürüb. Vulkan 2 min m hündürlüyə qədər qalın qəhvəyi kül atıb, emissiya buludu yaxınlıqdakı bir kəndi əhatə edib, nəticədə bir neçə ev və katolik rahibələrin monastırı yanıb.

Qurbanların dəqiq sayı məlum deyil. Yerli media binaların dağıntıları altında insanların ola biləcəyini yazır.

Mövsüm

Aznews.az