ABŞ-da keçirilən seçkilərdə erkən səsvermədə təxminən 78 milyon amerikalı iştirak edib

Florida Universitetinin Seçki Araşdırma Laboratoriyasının məlumatlarına görə 78 milyona yaxın amerikalı ABŞ prezident seçkilərində erkən səs verib.

Noyabrın 3-nə olan məlumata görə, 42,6 milyondan çox insan seçki məntəqələrində şəxsən olub, təxminən 35,3 milyon nəfər isə poçt vasitəsilə səs verib.

Ən böyük fəallıq 8,9 milyon insanın səs verdiyi Texas ştatında, Floridada 8,1 milyon, Kaliforniyada 7,6 milyon, Şimali Karolinada 4,4 milyon və Corciyada 4 milyon nəfərin səs verdiyi ştatda qeydə alınıb.

Mövsüm

Aznews.az