- Dünyanın halı
- 4 Noyabr 21:21
- 777
Nigeriyada Nazirlər Kabinetində dəyişiklik edilib
Nigeriya prezidenti Bola Əhməd Tinubu kabinetdə dəyişiklik edib.
Bu barədə Prezidentlikdən verilən açıqlamada qeyd edilib.
Bu çərçivədə keçən ay 5 naziri vəzifəsindən azad edən Tinubu kabinetə 7 yeni nazir təyin edib.
Tinubu andiçmə mərasimindən sonra verdiyi açıqlamada ölkə iqtisadiyyatında canlanmanın yaxın olduğunu bildirib.
Ölkə iqtisadiyyatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirdiyini qeyd edən Tinubu yeni nazirlərin məhz bu səbəbdən təyin edildiyini vurğulayıb.
Mövsüm
Aznews.az