- Dünyanın halı
- 17:03
- 764
Rusiya və İndoneziya Yava dənizində birgə təlimə başlayıb
Rusiya və İndoneziya noyabrın 4-8-də Yava dənizində ilk birgə dəniz təliminə başlayıb.
Təlimlə bağlı təfərrüatlar "Antara News"un xəbərində yer alıb.
Xəbərə görə, İndoneziya rəsmiləri Şərqi Yava əyalətinin Surabaya şəhərində keçirilən 2024 Birgə Ordu Təlimi ilə bağlı açıqlama verib.
Açıqlamada, 4-8 noyabr tarixləri arasında keçiriləcək təlimdə iştirak etmək üçün Rusiya donanmasının 4 döyüş gəmisinin Yava dənizində lövbər saldığı qeyd edilib.
Açıqlamada Rusiyanın təlim çərçivəsində bir helikopter və bir xilasedici qoşqu, həmçinin döyüş gəmiləri göndərdiyi, İndoneziyanın 2 döyüş gəmisi və bir sualtı qayıq əleyhinə helikopterlə təlimə qatıldığı açıqlanıb.
Bəyanatda, iki ölkənin donanmaları arasında "möhkəm əlaqələri" simvolizə edən bu ilk birgə təlimin 2018-ci ildə "dənizlərarası görüş" çərçivəsində İndoneziya və Rusiya arasında keçirilən görüşün davamı olduğu bildirilib.
Mövsüm
Aznews.az