- Dünyanın halı
- 6 Noyabr 20:15
- 2 382
Çin ABŞ ilə dinc yanaşı yaşamağa ümid edir - Xarici İşlər Nazirliyi
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə ABŞ-də keçirilən prezident seçkilərini şərh edərkən bildirib ki, Çin ABŞ ilə dinc və qarşılıqlı faydalı birgəyaşayışa ümid edir.
"Çin ABŞ ilə qarşılıqlı fayda və hörmət əsasında dinc və sabit yanaşı yaşamağa ümid edir", - sözçü bildirib.
O, həmçinin qeyd edib ki, hazırkı prezident seçkiləri ABŞ-nin daxili siyasi məsələsidir və Çin “Amerika xalqının istənilən seçiminə hörmətlə yanaşır”.
Mövsüm
AzNews.az