Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların siyahısını 47 bənd genişləndirib.

Bu barədə hökumətin saytında yayılan məlumatda deyilir.

Siyahıya digərləri ilə yanaşı, xüsusi əməliyyatda iştirak edən Espanyola könüllü briqadası da daxildir. Bundan əlavə, Navis dizayn bürosuna, ZENIT FINANCE və Elesar-group şirkətlərinə məhdudiyyətlər qoyulub.

Fiziki şəxslər arasında məhdudiyyətlər siyahısında Cənubi Osetiyanın keçmiş prezidenti Anatoli Bibilov da yer alıb.

Mövsüm

Aznews.az