Si Cinpin Çin və ABŞ arasında əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib

Çin Prezidenti Si Cinpin ABŞ-nin Respublikaçılar Partiyasından yeni seçilmiş prezidenti Donald Trampa təbrik teleqramı göndərib və o, Pekin və Vaşinqton arasında əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentlik Çin liderinin sözlərindən sitat gətirir: “Si Cinpin qeyd edib ki, tarix bizə göstərir ki, Çin və ABŞ həm əməkdaşlıqdan qazanacaq, həm də qarşıdurmadan uduzacaq”.

Təbrikdə həmçinin qeyd olunub ki, sabit, sağlam və möhkəm Çin-ABŞ münasibətləri hər iki ölkənin ümumi maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur.

Mövsüm

Aznews.az