- Dünyanın halı
- 18:01
- 698
Özbəkistanın dağlarında gizli orta əsr şəhərləri aşkar edilib
Vaşinqton Universitetinin alimləri Özbəkistanın yüksək dağlarında İpək Yolunun tarixi üçün böyük əhəmiyyət kəsb edən iki qədim şəhər aşkar ediblər.
Tədqiqatçılar bölgədəki ilk pilotsuz uçuş aparatı (PUA) əsaslı lidar skanları ilə Taşbulak və Tugunbulak adlanan bu orta əsr şəhərlərinin ətraflı xəritələrini ortaya qoydular.
Maykl Fraçettinin rəhbərlik etdiyi qrup lidar texnologiyası ilə şəhərlərin meydanlarını, divarlarını, yollarını və yaşayış sahələrini araşdırıb.
İki min metr yüksəklikdə olan bu şəhərlər dağlarda ticarət mərkəzlərindən biri kimi inkişaf edən dövrün şəhərləridir.
Tugunbulakın 120 hektar ərazisi ilə dövrün ən böyük şəhərlərindən biri olduğu düşünülür. Fraçetti, “Bu mərkəzlər İpək Yolunda əsas qarşılıqlı əlaqə nöqtələri idi. Heyvanlar, qiymətli metallar və digər sərvətlər burada ticarətin can damarı idi",- deyə qeyd edib.
İlkin qazıntılar göstərir ki, Tuğunbulakda üç metr qalınlığında torpaq divarlarla əhatə olunmuş tikili yerli dəmir ustalarının polad istehsal etdiyi zavod ola bilər.
Bu kəşf Orta Asiyanın İpək Yolu üzərindəki rolu haqqında mühüm məlumatlar verməklə yanaşı, gələcək tədqiqatlarda bölgənin tarixi ilə bağlı yeni kəşflərin edilə biləcəyini göstərir.
Mövsüm
Aznews.az