- Dünyanın halı
- 14 Noyabr 19:13
- 1 852
Orban ona qarşı ittihamlardan sonra Marin Le Peni dəstəkləyib
Macarıstanın baş naziri Viktor Orban Milli Mitinq Partiyasının parlament fraksiyasının lideri Marin Le Penə qarşı irəli sürülən ittihamlar fonunda onu dəstəkləyib.
Bu barədə Orbanın X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) qeyd edib.
Macarıstanın baş naziri Le Penlə bağlı son xəbərlərə inanmadığını bildirib.
"Marin, lütfən, bu döyüşdə birlikdə olduğumuzu unutmayın! Və unutmayın: təqib prezident Donald Trampın qələbəsi üçün həlledici addım idi”,- o yazıb.
Mövsüm
AzNews.az