- Dünyanın halı
- 20:14
- 771
Yaponiya çağırışlara baxmayaraq ölüm hökmünün ləğvinə qarşıdır
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa mətbuat konfransında Vəkillər Kollegiyaları Federasiyasının (Nichi-Benren) rəhbərlik etdiyi nümayəndə heyətinin çağırışına cavab verib.
Hayaşi , baş prokuror, polis və alimlər də daxil olmaqla 16 nəfərlik nümayəndə heyətinin tələb etdiyi kimi, "ölüm cəzasını sorğulayan konfrans təşkil etməyi" planlaşdırmadıqlarını söyləyib.
ÖLÜM MƏSƏLƏSİNƏ CAVAB VERDİ
Hesabatdakı çağırışı nəzərə aldıqlarını qeyd edən Hayaşi, "Ölüm cəzasının qorunub saxlanılması və ya ləğv edilməsi Yaponiya cəza sisteminin əsaslarına toxunan bir məsələdir",- deyə qeyd edib.
Hayaşi, ictimai rəyi nəzərə alaraq, cəmiyyətdə ədalətin təmin edilməsi üçün ölüm hökmünün ləğvinin diqqətlə qiymətləndirilməsi lazım olan bir məsələ olduğunu bildirib və əlavə edib:
İctimaiyyətin əksəriyyətinin son dərəcə ağır və iyrənc cinayətlərə görə ölüm hökmünün qaçılmaz olduğuna inandığını nəzərə alsaq, ağır cinayətlər törədənlərə ölüm hökmünün verilməsi qaçılmazdır. Hökumət hesab edir ki, ölüm hökmü sisteminin ləğvi yersizdir.
Mövsüm
AzNews.az