Almaniya BMT və AP-ni Şimal axınında baş verən partlayışları araşdırmağa çağırıb

Almaniya üçün Alternativ (AfD) partiyasından olan deputatlar BMT və Avropa Parlamentindən (AP) “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışları araşdırmağı tələb ediblər.

Bu barədə Türkiyənin “Aydınlık” qəzetinə partiyanın həmsədri Tino Krupalla məlumat verib.

O, insidentə görə məsuliyyət daşıyanların cavab verməli olduğunu bildirib və əlavə edib ki, AfD-yə görə, Almaniya hökuməti üzvlərinin hadisədən əvvəl və ya sonradan xəbəri olub-olmadığını araşdırmaq lazımdır.

“Biz həmçinin Avropa Parlamentində təhqiqat komissiyasının yaradılmasını tələb etmişik və indi BMT-nin araşdırmasına çağırırıq”, - deyə siyasətçi bildirib.

Mövsüm

AzNews.az