- Dünyanın halı
- 10:18
- 712
Haitidə polis və dəstə arasında qarşıdurma yaşanıb
Haitidə küçələrə çıxan silahlı dəstə üzvləri buranı döyüş bölgəsinə çeviriblər.
Paytaxt Port-au-Prinsin Nazon, Lalue, Chirst Roi və Bois Verna bölgələrində nəzarəti ələ keçirmək istəyən dəstə üzvləri silahlı halda küçələrə çıxıb.
Vəziyyət bildirildikdən sonra ərazini mühasirəyə alan polislə dəstə üzvləri arasında münaqişə yaranıb.
Saatlarla davam edən qarşıdurmada 28 dəstə üzvü həyatını itirib.
Milli Polis sözçüsü Lionel Lazarre mətbuata verdiyi açıqlamada dəstə üzvlərinin bəzi əraziləri nəzarət altına almağa çalışdığını, lakin təhlükəsizlik qüvvələrinin buna imkan vermədiyini açıqlayıb.
Mövsüm
Aznews.az