Voladimir Zelenski: ABŞ yardımı kəsərsə, biz müharibəni uduzacağıq

Ukrayna ilə Rusiya arasında davam edən müharibədə gərginlik artmaqda davam edir.

Müharibədə ən çox dağıntıya məruz qalan tərəf olan Ukraynaya ABŞ-nin hərbi dəstəyi artırılıb.

ABŞ prezidenti Co Baydenin bu addımından sonra Rusiya bu vəziyyətdən narazılığını açıq şəkildə göstərdi.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-də yerləşən "Fox News" kanalında qonaq olaraq min gündən çox davam edən müharibə ilə bağlı son vəziyyəti dəyərləndirib.

"ƏN BÖYÜK TƏHLÜKƏ ABŞ İLƏ BİRLİYİ İTİRMƏKDİR"

Zelenski Rusiyaya qarşı qurulan birliyin dağılmasından narahat olduğunu bildirib.

Müharibənin ilk günlərinin ən çətin dövr olduğunu deyən Zelenski, "Ancaq məncə, içində olduğumuz dövr Ukraynadakı birliyimizdən asılıdır. İndi ən təhlükəlisi Avropada birliyi və ən əsası Ukrayna və ABŞ arasında birliyi itirməyimizdir ”,- deyə qeyd edib.

Mövsüm

Aznews.az