Hizbullah Beyrut hücumlarına cavab olaraq Təl-Əvivin mərkəzini vurmaqla hədələyir

İsrail ordusunun Beyrutun mərkəzinə hücumlarına şiə Hizbullah hərəkatının cavabı Təl-Əvivin mərkəzinə hücumlar olacaq.

Bu barədə hərəkatın baş katibi Nəim Qasım məlumat verib.

“The Times of Israel” xəbər verir ki , Qasım hərəkatın lideri kimi üçüncü çıxışında deyib ki, qrup beləliklə, bazar günü, noyabrın 17-də Beyrutun mərkəzində bir binaya İsrailin endirdiyi zərbə nəticəsində media əlaqələri rəhbəri Məhəmməd Afifin öldürülməsinə görə cavab verəcək.

Qasım deyib ki, İsrail qətlə görə "ağır bir bədəl" ödəməlidir.

Mövsüm

Aznews.az