Yunanıstanın Kiyevdəki səfirliyi mümkün raket hücumu təhlükəsi səbəbindən bağlanıb

Yunanıstanın Kiyevdəki səfirliyi mümkün raket hücumu ilə bağlı daxil olan məlumatlara görə bağlanıb.

Bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.

“Təhlükəsizliyə görə Yunanıstan səfirliyi bu gün (20 noyabr - red.) ictimaiyyət üçün bağlı qalacaq”, - məlumatda deyilir.

Bundan əvvəl ABŞ , İspaniya və İtaliya səfirlikləri “potensial hava hücumu səbəbindən” bağlandıqlarını elan etmişdilər.

Mövsüm

Aznews.az