ABŞ Rusiya Mərkəzi Bankı sədrinin birinci müavinlərinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Rusiya Bankının birinci müavinləri Vladimir Çistyuxinə və Dmitri Tulinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin anti-Rusiya sanksiyalarının genişləndirilməsi ilə bağlı 21 noyabr tarixli bəyanatında deyilir.

Bundan əlavə, Rusiya Bankının bir neçə departamentinin rəhbərlərinə qarşı məhdudiyyətlər tətbiq edilib. Ümumilikdə ABŞ hakimiyyəti sanksiya siyahısına 16 fiziki şəxs və 90-dan çox qurumu əlavə edib.

Mövsüm

Aznews.az