Dünya Bankı Ukraynaya 4,8 milyard dollar kredit verəcək

Ukrayna Dünya Bankından 4,8 milyard dollar məbləğində kredit alacaq.

Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Teleqram kanalında deyilir: "Ukrayna Dünya Bankının Ukraynada Sülh layihəsi vasitəsilə ABŞ və digər inkişaf tərəfdaşlarından 4,8 milyard dollar alacaq".

Bildirək ki, müvafiq kredit sazişini Ukraynanın maliyyə naziri Sergey Marçenko və Dünya Bankının Şərqi Avropa məsələləri üzrə əməliyyat meneceri Kevin Tomlinson imzalayıb.

Mövsüm

Aznews.az