Cənubi Sudanda çevriliş iddiaları var

Cənubi Sudan çevriliş iddiaları ilə sarsılır...

Hadisə şahidlərinin verdiyi məlumata görə, ötən gecə Cənubi Sudanın paytaxtı Cubada güclü atışma səsləri eşidilib.

Bu çərçivədə Cənubi Sudan prezidenti Salva Kiir Mayardit tərəfindən oktyabr ayında “çevriliş cəhdi” ittihamı ilə vəzifəsindən azad edilən Kəşfiyyat rəhbəri Akol Koor Kuca qarşı əməliyyat keçirildiyi iddia edilib.

Şahidlər zenit atəşi səslərini də eşitdiklərini, atəş səslərinin uzun sürmədiyini və vəziyyətin nəzarət altında olduğunu bildiriblər.

Yerli mətbuatda yayılan xəbərlərdə, hökumət qüvvələrinin prezident Mayarditin oktyabr ayında vəzifəsindən azad etdiyi Kəşfiyyat Başçısı Kucı “çevriliş cəhdi” səbəbiylə saxlamağa getdiyi iddia edilib.

Həmçinin Kuc və ona sadiq olanların müqavimət göstərdiyi və iki tərəf arasında qarşıdurma yarandığı iddia edilib.

Mövsüm

Aznews.az