- Dünyanın halı
- 26 Noyabr 2024 18:23
- 2 431
Yaponiya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın İşikava prefekturasının sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyi öz saytında məlumat yayıb.
10 km dərinlikdə olan yeraltı təkanlar yerli vaxtla saat 22:47-də qeydə alınıb.
Qurum bildirib ki, zəlzələnin episentri prefekturanın qərb sahili yaxınlığında yerləşib.
Mövsüm
Aznews.az