- Dünyanın halı
- 18:11
- 843
Berlin hökuməti: Ukraynalı qaçqınların 65%-i Almaniyada qalmaq istəyir
Ukraynalı qaçqınların əksəriyyəti vətənlərinə qayıtmaq istəmir və ölkədə qalmağa üstünlük verirlər.
Bu barədə Berlin ştatı hökumətinin qaçqınlar departamentinin rəhbəri Mark Sibert məlumat verib.
“Hazırda 65%-lik əksəriyyət deyir ki, “Biz burada qalırıq”, - deyə o, Tagesspiegel qəzetinə müsahibəsində qeyd edib.
Sibert əlavə edib ki, ukraynalı qaçqınlar ətrafında vəziyyətin dəyişməsi Berlin hakimiyyəti üçün aydındır. Dəyişikliklərin bariz nümunəsi, onun fikrincə, ukraynalılar arasında alman dili kurslarına artan tələbatdır.
Mövsüm
AzNews.az