Livan ordusu Litani çayının cənubunda hərbi hissələri yerləşdirməyə başlayıb

Livan ordusu ölkə hökumətinin göstərişlərinə uyğun olaraq cənub sərhədinə əlavə hərbi kontingentlər yerləşdirməyə başlayıb.

Bu barədə NNA xəbər agentliyi Livan Ordu Komandanlığının bəyanatına istinadən xəbər verib.

“BMT-nin Livandakı Müvəqqəti Qüvvələri ilə koordinasiya əsasında daha sonra cənub sərhəd sektorlarına irəliləmək üçün mexanikləşdirilmiş bölmələr bir neçə bölgədən Litani çayına köçürülür”, - deyə məlumatda bildirilir.

Bildirilib ki, əməliyyat “Livan hökumətinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin bütün müddəalarını yerinə yetirmək öhdəliyinə uyğun olaraq həyata keçirilir”.

Mövsüm

AzNews.az