- Dünyanın halı
- 19:16
- 1 073
Aİ və Ukrayna Rusiyanın aktivlərindən G7 kreditinin bir hissəsinə dair memorandum imzalayıb
Avropa İttifaqı Ukrayna ilə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin ödənilməsi ilə 18,1 milyard avroluq kreditin birinci hissəsi üçün anlaşma memorandumu imzalayıb.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
"İmzalanmış Anlaşma Memorandumu 18,1 milyard avronun təmin edilməsi istiqamətində bir addımdır. Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəətlə dəstəklənən 50 milyard dollarlıq G7 təşəbbüsünün bir hissəsidir", - deyə Ukraynanın baş naziri X sosial şəbəkəsində bildirib.
Mövsüm
AzNews.az