Hələb hava limanında bütün uçuşlar ləğv edilib

Suriya hakimiyyəti Hələb hava limanını bağlayıb və bütün reysləri ləğv edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Üç hərbi mənbə agentliyə bildirib ki, Suriya prezidenti Bəşər Əsədə qarşı üsyançılar Hələbin mərkəzinə çatdıqlarını bildirdikləri üçün Suriya hakimiyyəti Hələb hava limanını və şəhərə gedən bütün yolları bağlayıb.

Keçid məntəqələrindən yalnız hərbçilərin keçə biləcəyi qeyd edilib.

Mövsüm

AzNews.az