- Dünyanın halı
- 1 Dekabr 10:40
- 2 046
Rumıniyada parlament seçkiləri keçirilir
Rumıniyada parlament seçkiləri keçirilir.
“Report” bu barədə “Hot News” portalına istinadən xəbər verir.
Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayıb. Seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) bağlanacaq.
Seçkilərin keçirilməsi üçün 8 968 məntəqə açılıb, Xaricdə isə 950 səsvermə məntəqəsi mövcuddur. Ümumilikdə 18 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.
"İndiyə qədər 170 078 rumıniyalı səs verib ki, bu da 2020-ci il parlament seçkilərinin sayından təxminən iki dəfə çoxdur", - nəşr bildirib.
Parlamentə seçkilərin nəticələrinə görə, ümumi namizədlərdən 137 senator və 322 deputat seçiləcək. Seçkilərə 50 siyasi blok və partiya buraxılıb. Olar parlamentə daxil olmaq üçün minimum 5 %-lik baryeri keçməlidirlər.
AzNews.az