İngiltərə, ABŞ, Fransa və Almaniya Suriyada gərginliyin azaldılmasına ehtiyac olduğunu açıqlayıb

İngiltərə, ABŞ, Fransa və Almaniya Suriyada gərginliyin azaldılması, eləcə də mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün səy göstərməyin vacibliyinə işarə ediblər.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunan ölkələrin birgə bəyanatında deyilir.

Ölkələrin bəyanatında deyilir: “Biz Suriyadakı hadisələri diqqətlə izləyirik və bütün tərəfləri daha çox yerdəyişmənin və humanitar yardımın kəsilməsinin qarşısını almaq üçün gərginliyi azaltmağa və mülki şəxsləri və infrastrukturu qorumağa çağırırıq”.

Dövlətlər bildirirlər ki, hazırkı eskalasiya BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsinə uyğun olaraq Suriyanın rəhbərliyi altında münaqişənin siyasi həllinin zəruriliyini bir daha vurğulayır.

Mövsüm

AzNews.az