- Dünyanın halı
- 17:22
- 911
Suriya Silahlı Qüvvələri Hələb və İdlibdə 400-dən çox terrorçunun məhv edildiyini bildirib
Suriya Silahlı Qüvvələri (AF) və Rusiya Aerokosmik Qüvvələrinin (VKS) son saatlarda endirdiyi zərbələr nəticəsində Hələb və İdlibdə 400-dən çox terrorçu məhv edilib.
Bu barədə Suriya ordusunun baş komandanlığı məlumat yayıb.
“Silahlı qüvvələrimizin dost Rusiya qüvvələri ilə birgə həyata keçirdiyi yüksək dəqiqlikli zərbələr son saatlarda 400-dən çox terrorçunun, o cümlədən bir neçə əcnəbi vətəndaşın məhv edilməsinə səbəb olub”, - deyə Teleqram kanalında qeyd edilib.
Bildirilib ki, gün ərzində Rusiya və Suriya hərbçiləri hər iki vilayətin yaxınlığında terrorçuların mövqelərinə, anbarlarına, təchizat xətlərinə və hərəkət marşrutlarına havadan, raketdən və artilleriyadan zərbələr endirməkdə davam ediblər.
Mövsüm
AzNews.az