Aİ-nin Ukraynaya qoşun göndərilməsi ilə bağlı hələlik qərarı yoxdur, lakin bütün variantlar “hələ masadadır” – AK

Aİ-nin iki rəsmisi mətbuat brifinqində bildiriblər ki, Avropa İttifaqı Ukraynaya qoşun göndərmək barədə hələ qərar qəbul etməsə də, bütün variantları nəzərdən keçirir.

Avropa Komissiyasının baş sözçüsü Paula Pinho, "Avropa qoşunları göndəriləcəksə, o zaman bütün üzv dövlətlər razılaşmalı olacaq. Bu müzakirə hələ baş tutmayıb",- deyə qeyd edib.

Aİ Komissiyasının daxili işlər, miqrasiya və daxili təhlükəsizlik üzrə sözçüsü Anitta Hipper deyib: “Aİ lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək və aydındır ki, bütün variantlar hələ də masadadır”.

Mövsüm

AzNews.az