- Dünyanın halı
- 17:31
- 909
Putin Pezeşkianla Suriyadakı vəziyyəti müzakirə edib
Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub, dövlət başçıları Suriyada vəziyyətin gərginləşməsinə diqqət çəkiblər.
Bu barədə Kremlin məlumat yayıb.
“Əsas diqqət Suriya Ərəb Respublikasındakı vəziyyətin gərginləşməsinə yönəlib. Terrorçu qrupların və dəstələrin genişmiqyaslı təcavüzü Suriya dövlətinin suverenliyinə, siyasi və sosial-iqtisadi sabitliyinə xələl gətirmək məqsədi daşıdığı kimi qiymətləndirilir”, - deyə Kremlin saytında bildirilir.
Mövsüm
AzNews.az