Pakistanda tayfalar arasında qarşıdurma: Ölənlərin sayı 130-a çatıb

Pakistanın şimal-qərbində iki həftədir davam edən tayfalararası qarşıdurmalarda həyatını itirənlərin sayı 130-a çatıb.

Xeyber-Paxtunxva vilayətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kurram bölgəsində şiə və sünni qəbilələri arasında vaxtaşırı toqquşmalar baş verir və bu toqquşmalarda çoxlu insan həlak olur.

"Geo News"-un məlumatına görə, Əfqanıstanla sərhəd bölgədə iki həftədir davam edən tayfalararası toqquşmalarda ölənlərin sayı 130-a yüksəlib, 186 nəfər yaralanıb.

Bölgədə son illərin ən qanlı qarşıdurması yaşanarkən hakimiyyət tərəflər və nüfuzlu şəxslərlə görüşərək gərginliyi azaltmağa çalışır. Hökumət rəsmilərinin səyi nəticəsində yekun sülhün əldə olunduğu açıqlansa da, zaman-zaman münaqişələr yarana bilər.

Bildirilir ki, meyitlərin və saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var.

Mövsüm

AzNews.az