Qvineyada 56 nəfərin öldüyü stadion faciəsi üçün 3 günlük milli matəm elan edilib

Qərbi Afrika ölkəsi Qvineya hökumətindən verilən açıqlamada, Konakridən təxminən 850 kilometr uzaqlıqdakı N'Zerekore şəhərində keçirilən general Mamadi Doumbouya futbol turniri zamanı stadionda baş verən izdihamda həyatını itirən 56 nəfərin xatirəsinə 3 günlük matəm elan edildiyi açıqlanıb.

Baş nazir Bah Ourinin rəhbərlik etdiyi nümayəndə heyəti də yoxlamalar aparmaq üçün N'Zerekore şəhərinə gedib.

Bazar günü N'Zerekore və Labe komandaları arasında keçirilən matçda hakimin meydan sahiblərinin qapısına penalti verməsi ilə stadionda insident yaşanıb.

Polis qrupları Labe azarkeşlərinin hakimə hücumunu dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib və azarkeşlər polisə daşla cavab veriblər.

İzdihamda aralarında uşaqların da olduğu 56 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Mövsüm

AzNews.az