- Dünyanın halı
- 4 Dekabr 14:51
- 1 287
Qırğızıstan və Tacikistan sərhədin mübahisəli hissələrinin təsvirini tamamlayıb
Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin həmsədrlərinin delimitasiya və demarkasiya üzrə görüşü zamanı sərhədin mübahisəli hissələrinin təsvirini tamamlayıblar.
Onun nəticələri barədə Qırğızıstan hökumətinin saytında məlumat verilib .
“Qırğızıstan Respublikası və Tacikistan Respublikasının hökumət nümayəndə heyətlərinin başçıları razılığa gəlib və Qırğızıstan-Tacikistan dövlət sərhədinin qalan hissələrinin təsvirini tam şəkildə başa çatdırıblar”, - məlumatda deyilir.
Qırğızıstan tərəfinin məlumatına görə, Qırğızıstan Respublikasının Batken şəhərində keçirilən görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. Hər iki ölkənin nümayəndə heyətlərindəki işçi qruplara son delimitasiya sənədlərinin tərtibinə başlamaq tapşırılıb.
Mövsüm
AzNews.az