NATO 2025-ci ildə İordaniyada əlaqə ofisi açacaq

ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun İordaniyadakı əlaqə ofisinin 2025-ci ildə açılmasının planlaşdırıldığını bildirib.

“NATO gələn il İordaniyada regionda ilk əlaqə ofisini açacaq”, - dövlət katibi qeyd edib.

Bir gün əvvəl Brüsseldə NATO-nun baş katibi Mark Rutte İordaniyanın paytaxtında əlaqə ofisinin açılmasının mümkünlüyünü açıqlamışdı.

Mövsüm

AzNews.az