Yaponiya, ABŞ və Filippin Cənubi Çin dənizində birgə hərbi dəniz təlimləri keçirib

Yaponiya, ABŞ və Filippin Cənubi Çin dənizində birgə hərbi dəniz təlimləri keçirib.

Mesaj ABŞ-nin Hind-Sakit Okean Komandanlığının saytında dərc olunub.

“Yaponiya, Filippin və ABŞ-nin birləşmiş hərbi və müdafiə qüvvələri azad və açıq Hind-Sakit Okeanı dəstəkləmək üçün regional və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün kollektiv öhdəliklərini nümayiş etdirərək, Filippin Eksklüziv İqtisadi Zonasında çoxtərəfli birgə dəniz fəaliyyəti həyata keçirdilər”, - deyə məlumatda bildirilir.

Təlimlərə ABŞ Hərbi Dəniz Qüvvələrindən 47-ci patrul eskadrasından P-8A Poseidon, Filippin Hərbi Dəniz Qüvvələrindən BRP Andres Bonifacio və C-90, Yaponiyadan isə JS Samidare (DD 106) esminesi cəlb olunduğu aydınlaşdırılır.

Mövsüm

Aznews.az