Qırğızıstanda vergi xidmətinin rəhbəri korrupsiyada şübhəli bilinərək saxlanılıb

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi vergi xidmətinin rəhbəri Altınbek Abduvapov və onun müavini İslambek Kıdırğıçovu korrupsiyada iştirakda şübhəli bilinərək saxlayıb.

Bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Davam edən araşdırmalar zamanı Dövlət Vergi Xidmətinin sədri A.Abduvapov və onun müavini İ.Kıdırqıçovun elektron qaimə-fakturalardan istifadə ilə bağlı dələduzluqda iştirakı müəyyən edilib”, - deyə mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətində qeyd edilib ki, şübhəlilər vergi inzibatçılığı ilə bağlı yalan məlumatlar verib, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Mövsüm

Aznews.az