İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Sulavesi adasının şimal hissəsinin sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) məlumat yayıb.

Qeyd olunur ki, zəlzələ İndoneziyanın Qorontalo şəhərindən 233 km şimal-qərbdə baş verib. Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mövsüm

Aznews.az