Bəşərin dövranı bitdi - Orduya elan olundu

Suriyada üsyançılar Bəşər Əsədi hakimiyyətdən devirməyə nail olub.

APA-nın "Reuters"ə istinadən xəbərinə görə, Hərbi Komandanlığın müvafiq elanından sonra əhali Dəməşqin mərkəzi meydanına toplaşaraq qələbəni bayram edib, üsyançılar da onlara qoşulub.

Yerli mənbələr Suriya liderinin təyyarə ilə naməlum istiqamətə qaçdığını, üsyançıların isə döyüş olmadan paytaxta daxil olduqlarını iddia edib.

Üsyançılara yaxın medianın bildirdiyinə görə, hazırda ölkədə hakimiyyətin dinc yolla müvəqqəti hökumətə təhvil verilməsi istiqamətində aktiv fəaliyyətin davam etdiyi bildirilir.

+++

Suriya ordusunun komandanlığı bazar günü zabitlərə Suriya prezidenti Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatdığını elan edib.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentlik qeyd edib ki, bu barədə iki üsyançı mənbə məlumat yayıb. Məlumata görə, Dəməşqin “artıq Əsəddən azad olduğunu” deyən Suriya üsyançılarının dövlət televiziyası vasitəsilə Suriya xalqına ilk bəyanatını verəcəyi gözlənilir.

Qeyd olunur ki, Bəşər Əsəd bazar günü səhər tezdən Dəməşqdən naməlum istiqamətə uçub, iki yüksək rütbəli ordu zabiti agentliyə bildirib ki, üsyançılar paytaxta daxil olub.