Braziliya prezidenti xəstəxanaya yerləşdirilib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva beyin qanaması səbəbindən təcili xəstəxanaya yerləşdirilib.

Bu barədə San-Pauludakı Sírio-Libanes xəstəxanasının mətbuat xidməti məlumat yayıb.

“Prezident Luiz İnasio Lula da Silva ötən gecə (9 dekabr) baş ağrısından sonra MRT-dən keçmək üçün Sírio-Libanes xəstəxanasında idi. Maqnit rezonans tomoqrafiyası oktyabrın 19-da evdə baş vermiş bədbəxt hadisə nəticəsində qanaxma göstərdi”,- məlumatda bildirilir.

Onun hematomanın çıxarılması üçün əməliyyat olunduğu qeyd edilib.

Hazırda reanimasiya şöbəsində Lula da Silvanın vəziyyəti stabildir.

Mövsüm

Aznews.az