- Dünyanın halı
- 10 Dekabr 2024 15:32
- 2 724
Benyamin Netanyahu korrupsiya işində ilk dəfə hakim qarşısına çıxıb

Benyamin Netanyahu korrupsiya işi üzrə ilk dəfə ifadə vermək üçün Tel-Əviv məhkəməsinə gəlib.
Dəfələrlə məhkəməyə çıxmasını gecikdirməyə cəhd edən Netanyahu İsrailin cinayət məsuliyyətinə cəlb edilən ilk baş naziridir.
Qeyd edək ki, Netanyahu üç ayrı iş üzrə rüşvətxorluq, fırıldaqçılıq və ictimai etimadın pozulması ittihamları ilə üzləşir.
Mövsüm
Aznews.az