- Dünyanın halı
- 11 Dekabr 17:51
- 2 205
Rusiya Talibanı terrorçular siyahısından çıxarır
2003-cü ildən Rusiyanın terror təşkilatları siyahısında olan Taliban "terrorçular" siyahısından çıxarılır.
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması “Taliban” hərəkatının adının ləğvini nəzərdə tutan qanun layihəsini ilk olaraq təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyi bu istiqamətdə qərarın “ən yüksək səviyyədə” qəbul edildiyini bildirib.
Tass dövlət xəbər agentliyinə danışan Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov qərarın həyata keçirilməsi üçün hələ bir sıra rəsmi addımların atılacağını bildirib və əlavə edib ki, o, qərarın " ən yaxınlarda " açıqlanacağını gözləyir.
2003-cü ildə Talibanı terror təşkilatları siyahısına daxil edən Rusiya ABŞ-nin Əfqanıstandan çıxmasından sonra 2021-ci ilin avqustundan bu təşkilatla münasibətlərini tədricən yaxşılaşdırır.
İyul ayında Qazaxıstanın paytaxtı Astanada etdiyi çıxışda Putin Talibanı “müttəfiq” olaraq gördüklərini deyərək, “Taliban terrorla mübarizədə bizim müttəfiqimizdir, çünki vəzifədə olan hər bir hökumət ölkədə sabitlik istəyir",-deyə qeyd etmişdi.
Mövsüm
Aznews.az