Robert Fiko: Ukrayna ərazisinin üçdə birini itirəcək

Ukrayna hazırkı münaqişənin sonunda təhlükəsizlik zəmanəti müqabilində ərazisinin üçdə birini itirəcək və NATO-ya üzv olmaq üçün heç bir dəvət almayacaq.

Bunu Slovakiyanın baş naziri Robert Fiko Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində bildirib.

“Düşünürəm ki, Ukrayna ərazisinin üçdə birini itirəcək, lakin ona xarici qoşunların olması kimi təhlükəsizlik zəmanətləri təklif olunacaq. Əgər bu, hər kəsin danışdığı Ukrayna üçün xoşbəxtlik hesab edilərsə, o zaman inanıram ki, ukraynalılar xəyanətə düçar olacaqlar”.

Fikonun fikrincə, bu halda yalnız atəşkəs və danışıqların başlanması hərbi əməliyyatların dayandırılmasına töhfə verə bilər.

Mövsüm

Aznews.az