10 ölkə və Aİ Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığı pisləyir

Şimali Koreya və Rusiya arasında ikitərəfli münasibətlər yüksəlir...

ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya, İngiltərə və Aİ Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığa reaksiya verib

10 ölkənin xarici işlər nazirləri və Aİ-nin ali nümayəndəsinin yaydığı birgə bəyanatda deyilir : “ Biz Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı, o cümlədən Şimali Koreya qoşunlarının Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya göndərilməsini qətiyyətlə pisləyirik”.

Bəyanatda vurğulanır ki, Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə birbaşa dəstəyi münaqişənin təhlükəli şəkildə genişləndiyini və bunun “Avropa və Hind-Sakit okean regionlarının təhlükəsizliyi üçün ciddi risklər” yaratdığını göstərir.

Mövsüm

Aznews.az