- Dünyanın halı
- 18 Dekabr 20:27
- 1 114
Starmer: "Qatil Əsəd rejiminin süqutunu alqışlamaq lazımdır”
"Qatil Bəşər Əsəd rejiminin süqutunu alqışlamaq lazımdır".
Bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmer qeyd edib.
O bildirib ki, növbəti dövr üçün ehtiyatlı olmaq lazımdır.
Starmer İngiltərə parlamentində keçirilən həftəlik "Baş nazirə suallar" iclasında İcmalar Palatasının üzvlərinin suallarını cavablandırıb.
Starmer İngiltərənin Suriyadakı köçkünlərə və ehtiyacı olanlara etdiyi maliyyə yardımına da toxunub.
G7 liderləri ilə məsələni müzakirə etdiklərini bildirən Starmer, "G7 liderləri ilə beynəlxalq hüquqa və universal insan haqlarına hörmət edən və bütün vətəndaşları qoruyan Suriya hökumətinin qurulmasını müzakirə etdik", - deyə qeyd edib.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Starmer, "Ukraynanı dəstəkləməyə davam etməliyik. Danışıqlar olsa da, olmasa da, Ukraynanı ən güclü mövqeyə qoymalıyıq. Bu müharibə ancaq təcavüzkar Rusiyanın geri addım atması ilə bitəcək",- deyə o, vurğulayıb.
Parlamentdə həftəlik “Baş nazirə suallar” iclası Milad bayramının bitəcəyi yanvarın ilk həftəsinə qədər dayandırılıb.
Mövsüm
Aznews.az